Çərəkə kitabı nə deməkdir?

Çərəkə kitabı nə deməkdir?
20:47 5 Mart 2017
271 Ölkə
Ölkə mətbuatı
A- A+

Çərəkə - bəzi Quran surələrinin və çox işlənən duaların toplandığı kitabçaya deyilir. Keçmişdə uşaqlar mollaxanada Quran oxumağa başlamazdan əvvəl çərəkəni oxuyub qurtarardılar.

Milli.Az islam.az-a istinadən bildirir ki, çərəkə mollaxanaların dərs proqramında ərəb əlifba¬sı dərsliyinin yerini tuturdu. Bəzi məlumatla¬ra görə, bu söz fars mənşəlidir və Quranın dörddə-bir hissəsi deməkdir. Hal-hazırda çərəkə adətən, hüzr məclislərində, eləcə də, dini məişət ayinlərində oxu¬nan surələrin (Yasin, Rəhman, Quranın axirındakı kiçik surələr) və duaların (gündəlik namazlardan sonra oxunan dualar, ramazan ayının duaları, Quran tapşırma, qurbanlıq, süfrə duaları, dəfn mərasiminin icra qaydası və s.) məcmusundan ibarət olur. Bütöv Qur¬anı və irihəcmli dua kitablarını gəzdirmək çətin olduğu üçün çərəkədən istifadə etmək din xadimləri arasında geniş yayılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR