40 min 124 şagird imtahan verdi

40 min 124 şagird imtahan verdi
20:47 5 Mart 2017
199 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün ölkəmizdə imtahan həyəcanı yaşanıb. 9-cu sinif şagirdlərinin böyük hissəsi biliklərindən sınağa çəkiliblər. Onlar üçün buraxılış imtahanının ilk mərhələsi keçirilib. İmtahanda 40 mindən çox şagird iştirak edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 40 min 124 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.
İmtahan 11-də başlanıb və 2 saat müddətində aparılıb. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saatlıq müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib. İmtahandan çıxan qızlar daha çox riyaziyyatda çətinlik çəkdiklərini desələr də, oğlanlar Azərbaycan dili fənninin daha çətin olduğunun bildiriblər.İmtahan verən şagirdlər qədər valideynləri də həyəcan keçiriblər.
Martın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən yoxlama zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Buraxılış imtahanlarının birinci mərhələsi martın 12-də və 18-də də davam edəcək. İmtahanlarının 2-ci mərhələsi isə tədris prosesi bitdikdən sonra, yəni iyun ayında keçiriləcək. İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR