Məşğulluq idarəsi göndərsədə ona iş verilmir -

Məşğulluq idarəsi göndərsədə ona iş verilmir -
20:47 5 Mart 2017
271 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad rayon sakini İsmayıl Hacıyev rayon məşğulluq idarəsinə işlə təmin olunmaq məqsədi ilə müraciət edib. İdarədən də ona bir müəssisədə iş yerinin olduğu və orada işləməsi barədə göndəriş verilib. Ancaq vətəndaş hələdə işlə təmin edilməyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, rayon məşğulluq idarəsi tərəfindən vətəndaşı işlə təmin etmək üçün göndəriş verilib. Ancaq o, işlə təmin edilməyib.
Sabirabada rayon sakini İsmayıl Hacıyev rayon məşğulluq idarəsinin onu get-gələ salmasından və işlə təmin olunmamasından şikayyətçidir. Onun sözlərinə görə, məşğulluq idarəsi Şorlayıcı Quraşdırma İdarəsinə onu işlə təmin etməsi ilə bağlı müraciət ünvanlayıb. Bu məqsədlədə İsmayıl Hacıyev bir neçə dəfə Şorlayıcı Quraşdırma İdarəsinə getsə də müdiriyyət tərəfindən burada boş vakansiyanın olmadığı bildirilib. Bundan sonra Vətəndaş yenidən bu barədə məşğulluq idarəsində müraciət edib. İsmayıl Hacıyev hazırda işlə təmin olunmasını istəyir.
Hüququşunaslar isə deyir ki, bütün müəssisələr boş vakant yerlərlə bağlı eləcə də vakant yerlərin tutulması ilə bağlı məşğulluq mərkəzlərinə məlumat verməlidirlər. Belə vəziyyətdə isə məşğulluq mərkəzi vətəndaşı 14 gün müddətində işlə təmin etməlidir. Əgər bu mümkün olmursa vətəndaş yenidən məşğulluq mərkəzində işsiz kimi qeydə alınmalı və işsizlik müavinəti ilə təmin edilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR