Ev qəzalı vəziyyətə düşdü: sığorta şirkəti pulu ödəmək istəmir

Ev qəzalı vəziyyətə düşdü: sığorta şirkəti pulu ödəmək istəmir
20:52 5 Mart 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan sakini evini sığortaladıb və bir il sonra kür çayı daşaraq evi qəzalı vəziyyətə salıb. Sığorta şirkətinin nümayəndəsi də oraya baxış keçirib və dəymiş ziyan hesablanıb. Rəsmi qurumların da rəyinə baxmayaraq indi sığorta şirkəti dəymiş ziyanı ödəmək istəmir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ev qəzalı vəziyyətə düşüb. Lakin, sığorta şirkəti pulu ödəmək istəmir. Salyanın Marışlı kənd sakini Zahir Səfərov Kürsahili ərazidə yaşadığı üçün 2015-ci ildə evini sığortalatdırıb. Bir il sonra isə Kür çayı daşaraq evi qəzalı vəziyyətə salıb.
Qəzalı vəziyyətə düşmüş evə dövlət quurmları ilə yanaşı sığorta şirkətinin nümayəndəsi də baxış keçirib.
Sığorta şirkəti tərəfindən evə dəymiş ziyan 15 min manat dəyərində hesablanıb. Həmin məbləğin ödənilməsi üçün nümayəndə Zahir Səfərova tapşırıb ki, müvafiq dövlət qurumlarından rəsmi sənədləri toplayaraq sığorta şirkətinə təqdim etsin. Lakin hər şey hazır olduqda şirkət evin subasma nəticəsində yox, qrunt sularının təsirindən qəzalı vəziyyətə düşməsini əsas gətirərək dəymiş ziyanı ödəməkdən imtina edib. Maraqlısı da budur ki, Zahir Səfərovun müxtəlif dövlət qurumlarından əldə etdiyi bütün rəsmi sənədlərdə evinin subasma nəticəsində qəzalı vəziyyətə düşdüyü təsdiqlənir. Lakin hələ də sığorta şirkəti dəymiş ziyanı ödəmək istəmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR