Filippində zəlzələ baş verib: ölən və xəsarət alanlar var

Filippində zəlzələ baş verib: ölən və xəsarət alanlar var
21:02 5 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ Filippində zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" ölkənin hakimiyyət orqanlarına istinadən xəbər verib.
Məlumatda bildirilir ki, zəlzələ Suriqao şəhərindən 13 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ nəticəsində azı 1 nəfər ölüb, daha 25 nəfər isə xəsarət alıb.
Yeraltı təkanların gücü 5,9 bal olub. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, son vaxtlar Filippində zəlzələlər tez-tez qeydə alınır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/filippinde-zelzele-bas-verib-olen-ve-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR