Kanala düşən avtomobil çıxarıldı - SÜRÜCÜ TAPILMADI

Kanala düşən avtomobil çıxarıldı - SÜRÜCÜ TAPILMADI
21:12 5 Mart 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  rayonun Abbaslı kəndində "VAZ 21 011" markalı minik avtomobili kanala aşıb. Hadisə yerinə gələn kənd sakinləri texnikanın köməyi ilə suya düşmüş avtomobili çıxarıblar. Lakin sürücünü tapmaq mümkün olmayıb. Aparılan axtarış tədbirləri nəticəsində avtomobilin Aşağı Seyfəli kəndində yaşayan və "Sarı" adı ilə tanınan şəxsə məxsus olduğu və onun meyitinin hadisə yerindən təxminən 50 metr aralıda olduğu müəyyənləşib. Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Bildirilir ki, sürücü qəzadan sonra avtomobilin qapısını aça bilib. Lakin aldığı xəsarət səbəbindən üzərək kanaldan sahilə çıxa bilməyib və boğularaq ölüb.
 
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR