Bakıda taksi sürücüsü müştərinin başına oyun açdı

Bakıda taksi sürücüsü müştərinin başına oyun açdı
21:12 5 Mart 2017
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluqla üzləşən şəxs polisə müraciət edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Abşeron rayon sakini olan 1984-cü il təvəllüdlü Rüstəmov Mətləb Sahib oğlu 41-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saatlarında Badamdardakı çay evindən çıxaraq "AzSamand" markalı taksiyə oturub. Taksi sürücüsü bir qədər keçdikdən sonra bıçaqla müştəriyə hücum edib və onun üzərindəki 400 manatı götürərək hadisə yerindən uzaqlaşıb.
M.Rüstəmov həımin taksi sürücüsünün tapılaraq cəzalandırılmasını tələb edib.
 
Araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR