Dəstəmazın müstəhəb şərtləri hansıdır?

Dəstəmazın müstəhəb şərtləri hansıdır?
21:47 5 Mart 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Məşhur fiqh kitablarından olan "Ürvətül-vüsqa"da dəstəmazın bəzi müstəhəb əməlləri sadalanır. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq. Müstəhəbdir ki, dəstəmazdan əvvəl əllər biləyə kimi yuyulsun. Yuxudan duran və ya kiçik ayaqyolundan gələn adamın bir dəfə, böyük ayaqyolundan gələn adamın isə iki dəfə əllərini yuması müstəhəbdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma nəzərə almaq lazımdır ki, dəstəmazdan qabaq əllər yuyulsa da, dəstəmaz əməlləri sırasında yenə əlləri dirsəkdən barmaqların ucuna kimi yumaq lazımdır. Dəstəmazdan qabaq dişləri təmizləmək (misvakla olsa daha yaxşıdır), ağıza və buruna üç ovuc su alıb yaxalamaq da müstəhəbdir. Dəstəmaz zamanı üzü və qolları iki dəfə yumaq müstəhəb sayılıb (bir dəfə yumaq vacib, üç və bundan artıq dəfə yumaq isə haramdır). Dəstəmaz alan zaman hər bir əməli yerinə yetirərkən bəzi duaları da oxumağın savabı var. Saytımızda "Dəstəmaz alarkən oxunması müstəhəb olan dualar" məqaləsində bu duaları tərcüməsi ilə vermişik. Bundan başqa, dəstəmaz zamanı Qədr surəsini və ayətül-kürsini oxumaq da savabdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR