"Siz nasistlər kimi davranırsınız" - Ərdoğan

"Siz nasistlər kimi davranırsınız" - Ərdoğan
21:52 5 Mart 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada onu dəstəkləyənlərin mitinqlərinin yasaqlanmasını nasistlərin fəaliyyətinə bənzədib.

Milli.Az Reuters-ə istinadən bildirir ki, İstanbuldakı mitinqdə Almaniyanın hakimiyyət dairələrinə xitabən R.T. Ərdoğan deyib: "Sizin demokratiya ilə heç bir əlaqənix yoxdur və bilməlisiniz ki, indiik qərarlarınız nasistlərin fəaliyyətindən heç nə ilə fərqlənmir. Bunu sizə deyəndə sinirlənirsiniz. Niyə hirslənirsiniz ki?!"

Türkiyə prezidentinin bəyanatının səbəbi Almaniyada iki mitinqin yasaqlanmasıdır. Rəsmi Berlin türk əsilli Almaniya vətəndaşı olan jurnalist Deniz Yücelin həbsi ilə bağlı belə addım atıb. Die Welt qəzetinin reportyoru olan 43 yaşlı D.Yücel PKK terror təşkilatını dəstəkləməkdə və təbliğ etməkdə, habelə Almaniyanın xeyrinə casusluq etməkdə suçlanıb

Türkiyədə 1,5 milyonluq türk icması yaşayır.

Almaniya polisindən verilən məlumata görə, mitinqlərin yasaqlanması təhlükəsizliyin təminatı məsələləri ilə bağlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR