Qışdan çıxan saçlara qulluq

Qışdan çıxan saçlara qulluq
21:57 5 Mart 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaz fəslində insanlar həm daxili orqanlarının, həm də saçlarının problemlərinin həllinə çalışmalıdırlar. Qış mövsümü boyu saçların gün işığı görməməsi, həmişə örtülü qalması saçlara təsirsiz ötüşmür. Yaz mövsümü saçların normal uzanması üçün ona xüsusi qulluq etmək lazımdır. Bu dövrdə dərinin su balansı və qidalanması pozulduğuna görə saçlar nazik və vitaminsiz və tökülməyə daha çox meyilli olur. Ona görə də saçlara xüsusi qulluq etmək lazımdır. Qışdan çıxan saçlara qulluq etmək, yay aylarında gözəl saçlarla ətrafdakları cəlb etmək deməkdir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, yaz aylarında saçlarda və saç dərisində aşağıdakı problemlər ola bilir:
* quruluq
* saç dərisində qaşınma
* saç böyüməsinin ləngiməsi.
Bu dövrdə saçların öz möhkəmliyini bərpa etməsi üçün aşağıdakılara əməl etmək lazımdır:
* Saçlara professional qulluq. Bu qulluq təbii bitki ekstratlarından və bitki yağlarından ibarət olur. Kollagen və xitozan tük dibi follikullarını möhkəmləndirir və saçların rekonstruksiyasını bərpa edir.
* İltihabi problemlərin həlli və su-lipid qatının bərpası. Bu proses ən universal vasitələr və yağ tərkibli komponentlərdən istifadə etməklə həyata keçirilir.
*Fiziki zədələrdən uzaq saxlamaq. Bu saçları bir müddət ukladkadan, zavivkadan, biqudilərdən və kimyəvi rənglərdən uzaq saxlamaqla həyata keçirilir.
* Saçların müxtəlif vasitələrlə yığılmasını saxlamaq.
* Saçlara qulluq edərkən təbii vasitələrdən isrifadə etmək.
Mütəxəssilər saçların təbii və sağlam görünməsi üçün gicirtkən, çobanyastığı və xmel dəmləməsi ilə saçların yuduqdan sonra durulanmasını məsləhət bilirlər.
Rəngsiz xınadan və qırmızı turp yağından istifadə etmək də saçların dibini möhkəmləndirir və tökülmənin qarşısını alır.
Bal, aloe və gənəcərçək yağının qarışımından hazırlanan maska da saç dibinin möhkəmləndirməklə qidalandırır. Bunun üçün 2 xörək qaşığı bala 1 çay qaşığı gənəcərçək yağı və istənilən qədər aloe şirəsi əlavə edilib saçlara və saç dibinə sürtülüb 30 dəqiqə saxlanılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR