“Çox pis oldu, nə deyəcəyimi bilmirəm” - Rəhman Hacıyev

“Çox pis oldu, nə deyəcəyimi bilmirəm” - Rəhman Hacıyev
21:57 5 Mart 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev "Zirə" ilə oyundan sonra sualları cavablandırıb.
 
- Nə baş verdi?

- Oyun bizim üçüb çox önəmli idi. Avrokuboklara vəsiqə verən yerlərdən birinə doğru irəliləyə bilərdik. Məğlub olmağımız bizə çox pis təsir etdi. Hesabı açdıq, ancaq üstünlüyümüzü qoruya bilmədik. Çox pis oldu, nə deyəcəyimi bilmirəm.
 
- Penalti epizodunda sizə toxunuş var idi?

- Əlbəttə, rəqib toxunmuşdu.
 
- Rəqibin hesabı dərhal bərabərləşdirməsi eyforiyanın nəticəsi idi?

- Arxayınlaşmamışdıq. Əksinə, irəli atıldıq ki, ikinci qolu vuraq. Ancaq rəqib avtoqolla hesabı bərabərləşdirdi. Bu qol onları motivasiya elədi və qələbə topunu vurdular.
 
- Adətən qapıçının inamlı oyunu komandaya əlavə güc verir. Amma "Neftçi" Vaylonun səhvindən 2 top buraxdı...

- Qapıçının səhvi var idi. O da futbolçudu, səhvsiz mümkün deyil. Vaylo səhvini bilir, anlayır.
 
- Birinci hissəni izləyən zaman "Neftçi"nin bu gedişlə qol vurmayacağını düşünürdük. Fasiləyəqədərki zəif oyununuzun səbəbi nə idi?

- İkinci hissədə epizodlar çox oldu. Rəqib ikinci qolu vurduqdan sonra müdafiəyə çəkildi. Əvəzində biz irəli çıxıdıq, təəssüf ki, istifadə edə bilmədik. Bilsəydik, ən azı heç-heçə edərdik.
 
- Artıq bütün ümidlərinizin kuboku qazanmaqla bağlı olduğu dəqiqləşdi, demək olarmı?

- Xal fərqi çoxdu. Onlara çatmaq çox çətindi. Bəli, bütün ümidlərimizi kuboka bağlamışıq.
 
- Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Çempionatda qazanacağınız bir şey qalmaya-qalmaya motivasiya olmaq mümkündürmü?

- Çətin oyun olacaq. Ancaq hər şeyin bitdiyini düşünməməliyik. Əksinə, çempionat oyunlarında qazanacağımız qələbə kubok matçıöncəsi bizi motivasiya edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR