Haram aylar hansılardır?

Haram aylar hansılardır?
22:17 5 Mart 2017
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-kərimdə buyurulur: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü haram aylardır. Bu, doğru dindir. Ona görə də, həmin aylarda özünüzə zülm etməyin" (Tövbə, 36). Haram aylar rəcəb, zilqədə, zilhiccə və mühərrəm ayları¬dır.

Milli.Az islam.az-a istinadən bildirir ki, hələ İslamdan əvvəl cahiliyyə dövründə ərəblər bu 4 ayda müharibə etməkdən çəkinirdilər. Bu aylarda müharibə etmək qada¬ğan olduğundan (müdafiə istisna olmaqla), bunlara "haram aylar" yəni "qadağan ayları" deyirdilər. Haram aylarda adətən bazarlar (yarmarkalar) quru¬lur, şeir müsabiqələri təşkil edilir, müxtəlif tədbirlər keçirilirdi. Əgər haram aylarda müharibə baş versəydi, həmin müharibəni ficar (günah) savaşı adlandırırdılar. Haram ayların elan olunmasında əsas məqsəd müharibələrin, qətl və qarətlərin sayını azaltmaq idi. Çünki cahiliyyə dövrünün ərəbləri savaşmağa çox meylli idilər. Amma haram aylarda müharibəni yarımçıq kəsmə¬yə, fasilə verməyə məcbur olurdular. Çox zaman bu müddət ərzində incikliklər unudu¬lur, tərəflər barışır və sülh imzalanırdı. İslam dini də bu gözəl ənənəni qoruyub-saxladı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR