Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
22:22 5 Mart 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 5 mart. REPORT.AZ/ Tovuz rayonunda avtomobil piyadanı vurub öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Quşçu kəndində baş verib.
Kənd sakini, 37 yaşlı Orxan Paşayev idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə yolu keçmək istəyən piyada Eyvaz Namazovu vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib. 
Sürücü Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-avtomobil-piyadani-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR