Allah sözünün qızıl üzərinə yazılması günah deyil ki?

Allah sözünün qızıl üzərinə yazılması günah deyil ki?
22:47 5 Mart 2017
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Allah sözünün və digər müqəddəs adların, Quran ayələrinin qızıl üzərinə və ya qızıl hərflərlə yazılmasının heç bir günahı yoxdur. Belə bir bəzək əşyasını - kulonu, üzüyü və sairəni - öz üzərində gəzdirmək də icazəlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu zaman diqqət yetirmək lazımdır ki, insanın öhdəsində qüsl varsa və ya dəstəmaz almamışsa, gərək bədəninə müqəddəs yazının toxunmasına imkan verməsin. Amma əgər kulonun və ya üzüyün üzərindəki yazı qoruyucu qatla örtülübsə, bədənə dəyməsinin maneçiliyi yoxdur. Bu cür bəzək əşyaları ilə ayaqyoluna girmək günah deyil, amma məkruhdur. Lakin bu zaman müqəddəs yazı yazılmış üzüyü sol əlin barmağına taxmaq qətiyyən olmaz. Çünki insan ayaqyolunda özünü sol əllə pak edir, bu zaman müqəddəs yazı murdarlığa bulaşa bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR