Azərbaycan cüdoçuları Avropa kubokunda daha 5 medal qazanıb

Azərbaycan cüdoçuları Avropa kubokunda daha 5 medal qazanıb
23:32 5 Mart 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb.
Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl , Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (90+) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb. Beləliklə yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2-ci yeri tutub.
Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-cudoculari-avropa-kubokunda-daha-5-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR