Messi qeyri-adi qol sevincinin səbəbini açıqladı - FOTO

Messi qeyri-adi qol sevincinin səbəbini açıqladı - FOTO
00:05 6 Mart 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın son turunda ötən gecə "Selta"ya vurduğu ilk qolu qeyri-adi şəkildə bayram etməsinin səbəbini açıqlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, argentinalı qonaq komandanın qapısına yol tapandan sonra VIP-lojaya baxaraq əlini qulağına aparıb, telefon danışığını təsvir edib. Bu jest dünya mətbuatında geniş müzakirələrə səbəb oldu. Hətta bildirildi ki, Leo "Barsa" rəhbərliyinə və öz atasına yeni müqavilə üzrə danışıqlar prosesini sürətləndirməyə işarə edir.
Ancaq Messi söz-söhbətlərə son qoyub. O, bu jesti oyun günü ona dəfələrlə zəng edən qardaşı oğluna ünvanladığını qeyd edib. Futbolçu oyun hazırlığına görə zənglərə cavab verə bilməyib. Beləliklə, Messi oyundan sonra qardaşı oğluna zəng vuracağına işarə edib.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR