Neftçalada 8 otaqlı ev yandı

Neftçalada yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Neftçala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR