Niyə qadınlardan peyğəmbər seçilməyib? - 3 SƏBƏB

Niyə qadınlardan peyğəmbər seçilməyib? - 3 SƏBƏB
01:28 6 Mart 2017
185 Digər
Ölkə mətbuatı
A- A+

Həqiqiətən, tarixdə qadın cinsindən peyğəmbər olmayıb.. Bunun əsas səbəbinin nə olması barədə dəqiq məlumatımız yoxdur. Ehtimal ki, səbəblərdən biri bu ola bilər: Peyğəmbər öz fikrini sərbəst şəkildə deyə bilmək üçün azad olmalı, heç kimə tabe olmamalıdır. Lakin qadın bir çox məsələlərdə öz ərinə itaət etməlidir.

Publika.az xəbər verir ki, əgər qadın peyğəmbər olsaydı, ərinin sözündən çıxması çətin və mümkünsüz olardı. İkincisi, peyğəmbər öz dinini təbliğ etmək üçün cəmiyyət içində çox olmalı, hamı ilə ünsiyyət yarada bilməlidir. Qadının cəmiyyətdəki fəaliyyəti kişiyə nisbətən daha məhduddur, kişi üçün normal sayılan bəzi davranışlar qadına uyğun deyil. Üçüncüsü, qadın ayın müəyyən günlərində pak olmadığı üçün şəriət hökmlərini yerinə yetirə bilmir. Amma peyğəmbər öz şəriətinə ümmətin hər bir üzvündən daha dəqiq əməl etməlidir. Əgər qadın peyğəmbər bəzi günlərdə namaz qıla bilməsə, oruc tutmasa, paklıq tələb edən başqa əməlləri yerinə yetirməsə, öz vəzifəsini yarımçıq icra etmiş sayılacaq. Yəqin ki, bu səbəblər üzündən qadınların arasından peyğəmbər seçilməyib. (islam.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliinanc/190272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR