Əfqanıstanda polis rəisi öldürülüb, onun mühafizəçisi isə ağır yaralanıb

Əfqanıstanda polis rəisi öldürülüb, onun mühafizəçisi isə ağır yaralanıb
02:12 6 Mart 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Əfqanıstanda baş vermiş partlayış nəticəsində polis rəisi həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, öldürülən şəxs ölkənin şimalındakı Fəryab vilayətinin Almar rayonunun polis rəisi Məhəmməd Nazim Fəryabidir.
Fəryab Vilayəti Polis Departamentinin sözçüsü Əbdülkərim Yuris jurnalistlərə bildirib ki, rəisin xidməti avtomobilinə uzaqdan idarə olunan partladıcı qurğu yerləşdirilib və o, ofisdən evə gedərkən bomba işə salınıb. Nəticədə polis rəisi həlak olub.
Partlayış nəticəsində həmçinin daha bir mühafizəçi ağır yaralanıb.
Hadisənin "Taliban" terror qruplaşması tərəfindən törədildiyi bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-polis-reisi-oldurulub-onun-muhafizecisi-ise-agir-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR