Naməlum avtomobil piyadanı vuraraq öldürdü: Şirvanda

Naməlum avtomobil piyadanı vuraraq öldürdü:  Şirvanda
02:14 6 Mart 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Şirvanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə gecə saat 1.30 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində qeydə alınıb.

 

Şirvan sakini, 1955-ci il təvəllüdlü Abışov Rüstəm Qardaş oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. 62 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda hüquq-mühafizə orqanları piyadanı vurub  qaçan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

 

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR