Yeniyetmə cüdoçularımızdan daha 5 medal

Yeniyetmə cüdoçularımızdan daha 5 medal
03:03 6 Mart 2017
137 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından Publika.az-a verilən məlumata görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb. Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl , Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (90+) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb. Beləliklə yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2- ci yeri tutub. Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR