Milli Təhlükəsizlik Şurasının iclası çağırıldı

Milli Təhlükəsizlik Şurasının iclası çağırıldı
05:09 6 Mart 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın baş naziri Sindzo Abe Şimali Koreyanın həyata keçirdiyi raket sınaqları ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

 

APA-nın xəbərinə görə, bu barədə S.Abe “NHK” telekanalının canlı yayımında deyib.

 

“Biz Şimali Koreyaya artıq qəti etirazımızı bildirmişik. Həmçinin ABŞ və Cənubi Koreya ilə birgə Pxenyanın hərəkətlərinə cavab verməyə hazırıq”, deyə S.Abe bildirib.

 

Bu gün Şimali Koreya hərbçiləri Yapon dənizinə raket buraxıb. Cənubi Koreyanın Müdafiə nazirliyindən bildiriblər ki, tipi məlum olmayan raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılıb. Bundan sonra Yaponiya nazirlər kabinetinin baş katibi Esihide Suqa dörd raketin Yapon dənizinə buraxıldığını, onların bilavasitə Yaponiyanın iqtisadi zonasına düşdüyünü bəyan edib. Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR