"Məni bezdirmək üçün hər şey etdilər"

"Məni bezdirmək üçün hər şey etdilər"
07:17 6 Mart 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbağça" və "Akhisar Belediyyespor"dan qalmaqallı şəkildə ayrılan Serdar Kesimal yaşadıqlarından danışıb. Böyük ümidlərlə "Fənərbağça"ya transfer olunan, ancaq 4 ildə cəmi 38 oyuna çıxan futbolçu "yattığı yerdə pul" qazandı tənqidlərinə həmişə səssiz qaldı. Müqaviləsi bitdikdən sonra "Akhisar"la anlaşdı. Ordakı macərası isə 6 ay çəkmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu susqunluğunu pozaraq "Fənərbağça"da yaşadıqlarından danışarkən qalmaqallı fikirlər səsləndirib. Futbolçu əvvəlcə öz səhvlərinə diqqət çəkib: "22 yaşında böyük kluba gəlirsən. 2-3 oyun oynamaynda küsürsən. Bu yanlış qərardır. Gərək daha çox çalışıb, özünü doğruldasan. Mənim ən böyük səhvim bu oldu. İlk mövsümdə ayrılmaq istədim, rəhbərlik icazə vermədi "yaxşı olacaq" dedi, hər il oynama şansım daha da azaldı.

İlin sonunda mənim getməyimi istədilər. İcarəyə getmək istəmədiyimi dedim. Həmişə verdikləri 3.5 milyon pulu üzümə vururdular. Bu pulları gözləməyin, icarəyə də getmirəm dedim. Rusiya klubundan təklif vardı göndərmədilər. Həm də "Beşiktaş", "Qalatasaray", "Trabzon" klublarına keçməyimə də icazə vermirdilər. Neçə dəfə təzminatımı ödəyin, klubdan gedim dedim. 6 ay heyətdən kənarlaşdırdılar. Tək məşq elədim. Psixoloji təyziq etdilər. "Bursaspor" transferimə Serdar Azizi "Qalatasaray"a satmamaq şərti ilə razı oldular. "Bursaspor" isə "bu qərarı biz veririk" deyincə transfer baş tutmadı. Məni bezdirmək üçün hər şey etdilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR