Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını yerinə yetirən həkim vəfat edib

Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını yerinə yetirən həkim vəfat edib
07:52 6 Mart 2017
182 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müasir transplantalogiya banisi cərrah Tomas Starzl 90 yaşında Pitsburqda öz evində vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, cərrahın ölümü barəsində məlumatı onun şərəfinə adlandırılmış universitet yayıb. Həyatının son 35 ilini Starzl bu universitetdə işləyib.

Qeyd edək ki, Tomas Starzl 1963-cü ildə qaraciyər köçürülməsi üzrə ilk klinik cərrahiyyə əməliyyatını keçirib. Cəmi 4 ildən sonra onun keçirdiyi analoji əməliyyat tarixdə ilk dəfə olaraq uğurla bitib. Starzl Pittsburqda dünyada ilk transplantalogiya mərkəzi yaradıb. Bu mərkəz, artıq 1980-cı illərin sonunda hər il 500-ə yaxın qaraciyər transplantasiyası həyata keçirirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR