A SERİYASI: 8 dəqiqəyə 3 qol sığdırdı - VİDEO

A SERİYASI: 8 dəqiqəyə 3 qol sığdırdı - VİDEO
08:18 6 Mart 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Torino" komandasının və İtaliya yığmasının hücumçusu Andrea Belotti - A seriyasının 27-cü turunun "Palermo" ilə matçında, 7 dəqiqə 15 saniyə ərzində üç qol vurub.

"Report" xəbər verir ki, oyunun videogörüntüləri "Youtube"un "Torino FC Official"a məxsus rəsmi kanalında yerləşdirilib.

Əvvəlcə futbolçu künc zərbəsindən topu başı ilə rəqib komandanın qapısından keçirib. Bundan sonra komandasına daha iki gözəl qol bəxş edib.

Andrea Belotti həmçinin oyunda bir sıra təhlükəli hücumları və komanda yoldaşlarına məhsuldar ötürmələri ilə də seçilib.

Qeyd edək ki, oyun ötən bazar günü, martın 5-də Turində keçirilib. Qarşılaşma 3:1 meydan sahiblərinin qələbəsi ilə başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR