Malayziya polisi terror qruplaşmaları ilə əlaqədə şübhəli bilinən 7 nəfəri həbs edib

Malayziya polisi terror qruplaşmaları ilə əlaqədə şübhəli bilinən 7 nəfəri həbs edib
08:32 6 Mart 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Malayziya polisi terror qruplaşmaları ilə əlaqədə şübhəli bilinən 7 nəfəri həbs edib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanının rəhbəri Xalid Əbu Bəkir məlumat yayıb.
Onun sözlərinə görə, ölkə polisi bununla bağlı bir neçə reyd keçirib. Saxlanılanlar arasında Malayziyanın 1, Yəmənin 4, İndoneziyanın 1, habelə Orta Asiya ölkələrindən də birinin 1 vətəndaşı var.
Bildirilir ki, İndoneziya və Malayziya vətəndaşları avtomobildə quraşdırılmış partlayıcı maddə vasitəsilə krallıq ərazisində terror aktı törətməyi planlaşdırırmış. Onlar bundan sonra Suriyaya gedərək İŞİD terror qruplaşmasına qoşulmaq niyyətində imiş.
Həbs edilmiş Yəmən vətəndaşları separatçı qruplaşmalarla əlaqədə şübhəli bilinirlər. Hüquq-mühafizə orqanlarının versiyasına görə, onlar saxta sənəd hazırlamaqla məşğul olublar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/malayziya-polisi-terror-qruplasmalari-ile-elaqede-subheli-bilinen-7-neferi-hebs-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR