"Alma ilə armudu qarışdırmayaq"

"Alma ilə armudu qarışdırmayaq"
08:57 6 Mart 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın Lukas Podolskini 2,6 milyon avroya Yaponiya klubuna satması azarkeşlər tərəfindən birmənalı qarşılanmamışdı. Onlar futbolçunu Çinə daha yüksək məbləğə satıla biləcəyini bildiriblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi bu mövzu ilə bağlı açıqlama verib: "Alma ilə armudu qarışdırmayaq. Podolski Çinə yox, Yaponiyaya gedir. Podolski Çinə getsəydi, 7,5 milyondan aşağı qiymətə satılmazdı. Ancaq Çindən elə bir təklif almadıq. Ayrıca "Vissel Kobe"nin Podolski üçün təklif etdiyi məbləğ Yaponiya üçün çox yüksəkdir. Podolskini 30 yaşında "Arsenal"dan 2,5 milyona aldıq, 32 yaşında 2,6 milyona satdıq. Futbolçu özü Yaponiyada oynamaq istədiyini bildirdikdə, biz də razılıq verməli olduq". 

Qeyd edək ki, Podolski mövsüm sonunda "Qalatasaray"dan ayrılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR