Əmircan sakini yeznəsini öldürdü: bacısını incitdiyi üçün

Əmircan sakini yeznəsini öldürdü: bacısını incitdiyi üçün
09:03 6 Mart 2017
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qayın yeznəsini qətlə yetirib.

Suraxanı rayonu Əmircan qəsəbəsinin sakini, 1969-cu il təvəllüdlü Ramiz İbrahim oğlu Həsənov bacısının həyat yoldaşı, 1965-ci il təvəllüdlü Cavanşir Ənvər oğlu Hacıyevi bıçaqla qətlə yetirib.

R.Həsənov polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə C.Hacıyevin həyat yoldaşını mütəmadi olaraq incitməsi və təhqir etməsi səbəbindən baş verib. R. Həsənov bacısının incidilməsinə və təhqir edilməsinə dözməyərək qətli törədib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR