Bakıda qətl: bacısının ərini öldürdü

Bakıda qətl: bacısının ərini öldürdü
09:27 6 Mart 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qayın kürəkənini qətlə yetirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Suraxanı rayonu Əmircan qəsəbəsinin sakini, 1969-cu il təvəllüdlü Ramiz İbrahim oğlu Həsənov bacısının həyat yoldaşı, 1965-ci il təvəllüdlü Cavanşir Ənvər oğlu Hacıyevi bıçaqla qətlə yetirib.
 
R.Həsənov polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə C.Hacıyevin həyat yoldaşını mütəmadi olaraq incitməsi və təhqir etməsi səbəbindən baş verib. R.Həsənov bacısının incidilməsinə və təhqir edilməsinə dözməyərək qətli törədib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR