Bakıda məcburi köçkünü şişlə öldürdülər

Bakıda məcburi köçkünü şişlə öldürdülər
09:47 6 Mart 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qətl törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib.
 
Cəbrayıl rayonundan olan məcburi köçkün, 1960-cı il təvəllüdlü Səxavət Xaləddin oğlu Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Müşfiq Aydın oğlu Şükürovu şişlə öldürüb.
 
Məlumata görə, yuxarı mərtəbədə yaşayan M.Şükürovun televizor və maqintafona yüksək səs verməsi qonşular arasında mübahisəyə səbəb olub. Alt mərtəbədə yaşayan S.Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb. Bundan sonra mübahisə daha da qızışıb. M.Şükürovun S.Mehdiyevin ünvanına söyüş söyməsi isə son hədd olub və S.Mehdiyev kabab çəkilən şişi qonşusunun bədəninə soxaraq onu öldürüb.
 
Hadisəni törədən S.Mehdiyev tutulub.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR