Cüdoçularımız 9 medalla qayıdırlar

Cüdoçularımız 9 medalla qayıdırlar
09:52 6 Mart 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb.

Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl, Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (90+) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb.
 
Beləliklə yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2-ci yeri tutub.
 
Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR