Bakı sakininə 38 bıçaq zərbəsi vurulub

Bakı sakininə 38 bıçaq zərbəsi vurulub
10:12 6 Mart 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Bakıda 50 yaşlı kişiyə 38 bıçaq zərbəsi vurulub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. 
Belə ki, Zabrat qəsəbəsi, Yeni Məhəllə, M.Rəsulzadə küçəsi 5 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Əliyev Nəbi Ağacan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Xəsarət alan N.Əliyev xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra ona 38 bıçaq zərbəsi vurulduğu məlum olub. N.Əliyevin vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakinine-38-bicaq-zerbesi-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR