Həbsdə olan partiya sədrinin prezidentliyə namizədliyi irəli sürüldü

Həbsdə olan partiya sədrinin prezidentliyə namizədliyi irəli sürüldü
10:13 6 Mart 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən həftə Qırğızıstanda həbs olunan və ölkənin ana müxalifəti sayılan Sosial Ata Məkan Partiyasının başqanı Ömürbek Tekebayevin bu il noyabrın 19-da keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Sosial Ata Məkan Partiyası bəyanat yayıb.

Sosial Ata Məkan Partiyasının Bişkekdə keçirdiyi qapalı toplantı zamanı Ömürbek Tekebayevin Qırğızıstan prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, Qırğızıstanın Baş Prokurorluğu tərəfindən Ömürbek Tekebayevə qarşı vəzifədən sui-istifadə və dələduzluq maddələri ilə cinayət işi açılaraq, 2 ay müddətinə həbs edilib. O, 2010-cu ildə Baş nazirin müavini vəzifəsində olan zaman rus iş adamı Leonid Mayevskiyə qarşı dələduzluq etməkdə ittiham olunur.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR