Özünü yandıran gənc xəstəxanada öldü

Özünü yandıran gənc xəstəxanada öldü
10:22 6 Mart 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Üç gün əvvəl özünü yandıran Bakı sakini xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, Respublika Yanıq Mərkəzindən Trend-ə verilən məlumata görə, 1991-ci il təvəllüdlü Zahid Hacıağa oğlu Fəttayev martın 5-də axşam saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, martın 3-də səhər saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində qəsəbə sakini, 26 yaşlı Zahid Fəttayev yaşadığı evdə özünü yandırmışdı. Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən Z.Fəttayevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR