Bolqarıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Bolqarıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq
10:42 6 Mart 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycandakı Bolqarıstan vətəndaşları martın 26-da keçiriləcək parlament seçkilərində iştirak edə biləcəklər.
Bolqarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bununla əlaqədar elə həmin tarixdə diplomatik nümayəndəlikdə seçki məntəqəsi açılacaq. Məntəqə saat 07:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan Bolqarıstan vətəndaşları səs vermək üçün səfirliyin konsulluq bölməsinə (Hüseyn Cavid prospekti 13/520) gəlməlidirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bolqaristanin-azerbaycandaki-sefirliyinde-secki-menteqesi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR