Ramil Şeydayev: “Razı qalmadıq”

Ramil Şeydayev: “Razı qalmadıq”
10:57 6 Mart 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin hücumçusu Ramil Şeydayev “Jilina”nın heyətində “Podberzova”ya qarşı (2:2) keçirdiyin oyundan danışıb. Fanat.Az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada bu oyunu unutmalı olduqlarını deyib:


"Çox yaxşı oyun oldu. Rəqib layiqli müqavimət göstərirdi. Xal itirdiyimizə görə nəticədən razı qalmadıq. Bizi yalnız qələbə qane edə bilərdi. Çünki komandamız liderliyini əldən verməmək üçün qələbələr qazanmalıdı. Artıq bu görüşü unudub, növbəti matçlar haqda düşünməliyik".


Qeyd edək ki, millimizin hücumçusu bu gün baş tutan matçda 90 dəqiqə meydanda olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramil-eydayev-raz-qalmadq-t56726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR