“Uşaqların sağlamlığına, inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlanıb

“Uşaqların sağlamlığına, inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlanıb
10:57 6 Mart 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanda “Uşaqların sağlamlığına, inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlanıb.
“Report” xəbər verir ki, qanun layihəsi Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda uşaqların hüquqlarını və azadlıqlarını, uşaqların sağlamlığının inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının digər hüquqi və fiziki şəxslərin vəzifələrini müyyən edir.
Layihə 5 fəsil və 23 maddədən ibarətdir.
Milli Məclisdə müzakirəyə çıxarılacaq layihədə hüquqların pozulmasına görə məsuliyyət də öz əksini tapıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/usaqlarin-saglamligina-inkisafina-ziyan-vuran-informasiyadan-qorunmasi-haqqinda-qanun-layihesi-ha

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR