Bakıda "Qaçqınların hüquqlarının müdafiəsi" seminarı keçirilir

Bakıda "Qaçqınların hüquqlarının müdafiəsi" seminarı keçirilir
11:05 6 Mart 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa İttifaqının (Aİ) birgə əməkdaşlığı çərçivəsində "Qaçqınların hüquqlarının müdafiəsi" mövzusunda beynəlxalq seminar keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, seminarın məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, bu sahədə ölkədə mövcud vəziyyətin təhlili, müxtəlif sahələrdə onlara dövlət dəstəyinin göstərilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbirdə İnstitutun direktoru, millət vəkili Aytən Mustafazadə, Aİ-nin Bakıdakı səfirliyinin rəsmisi Alessandro Budai, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri Nazim İsgəndərov və digər qonaqlar iştirak edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR