Rus qızlarını Ankarada iş adamlarına satırdı - Rusiya səfirinin qətlində ŞOK DETALLAR

Rus qızlarını Ankarada iş adamlarına satırdı - Rusiya səfirinin qətlində ŞOK DETALLAR
11:13 6 Mart 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən polis işçisi Mövlud Mərd Altıntaşla əlaqəsi olduğu müəyyən edilən rus qadın Yekaterina. B. həbs olunub.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Altıntaş sui-qəsddən qısa müddət əvvəl rus qadınla telefonda danışıb.

Səfirin qətli ilə bağlı aparılan istintaqda maraqlı məlumatlar ortaya çıxıb. Ankara Respublika Baş prokurorluğu tərəfindən qatillə əlaqəsi müəyyən edilərək tutulan Yekaterina.B.-nin Rusiyadan gətirilən qadınları iş adamlarına satdığı müəyyənləşdirilib.

Mövlüd Mərd Altıntaş ilə görüşmədiyini, ancaq internet üzərindən mesajlaşdığını bildirən rusiyalı şübhəli 2 internet saytı vasitəsilə qadınları satışa çıxardığı iddialarını da təsdiqləyib.

Yekaterina. B. internet üzərindən razılaşdığı kişilərlə rus qadınları Ankaradakı 5 ulduzlu hotellərdə görüşdürüb və fahişəliyə vasitəçilik edib. Şübhəli bu iş üçün ankaralı bir bərbərin də ona kömək etdiyini deyib.

Xatırladaq ki, rus səfir 2016-cı il dekabrın 19-da Ankara Müasir Sənətlər Mərkəzində Fəthullahçı Terror Təşkilatının (FETÖ) üzvü olan Altıntaş tərəfindən qətlə yetirilib. Polis işçisi təhlükəsizlik əməkdaşları tərəfindən keçirilən əməliyyatın gedişatında qısa müddət sonra öldürülüb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR