Bu gün Astara-Astara dəmir yolu xəttinin rəsmi açılışı olacaq

Bu gün Astara-Astara dəmir yolu xəttinin rəsmi açılışı olacaq
11:27 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində inşa edilən Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin bu gün rəsmi açılışı olacağı gözlənilir.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.
Qeyd edək ki, martın 3-də iki ölkənin dəmir yolları şəbəkəsini birləşdirən dəmiryolu xətti ilə Azərbaycandan İrana ilk sınaq qatarı gedib. Həmin tədbirdə hər iki şəhərin icra başçıları, sərhəd zastavalarının rəhbərləri də iştirak ediblər.
Xatıradaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb. Azərbaycan isə sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Şimal-Cənub dəhlizi ilə ilkin olaraq ildə 6 mln. ton yük daşınması planlaşdırılır. Sonrakı illərdə bu həcmin 15-20 mln. tona çatacağı proqnozlaşdırılır. 



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bu-gun-astara-astara-demir-yolu-xettinin-resmi-acilisi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR