Söz-söhbətə səbəb olan qol ...

"Fənərbaxça" - "Osmanlıspor" oyununa öz qolu ilə damğa vuran Mehmet Topal matçdan sonra maraqlı açıqlaması ilə yadda qalıb.

Metbuat.az xəbər verir ki, jurnalistlərə müsahibəsində, “Qol zamanı top əlimə dəymişdi, bu, göz önündədir. Ancaq istəyərək olmadı" deyə bildirib.

Məğlubiyyətlə barışmaq istəməyən "Osmanlıspor"un məşqçi köməkçisi Hüseyn Cimşir oyundan sonra sosial şəbəkədə hakimə etirazını bidirib:

“Hakim Alpər Ulusoy halallıq istəyərsə, indidən deyirəm ki, haqqım haram olsun!”.

Qeyd edək ki, "Fənərbaxça" - "Osmanlıspor" matçında ev sahibləri minumal üstünlüklə qalib gəliblər.

Sərdar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR