"Transfer bombası"nı "Çelsi" partladacaq - 75 milyon

"Transfer bombası"nı "Çelsi" partladacaq -   75 milyon
11:47 6 Mart 2017
139 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin yayda heyətinə qatmaq istədiyi ilk futbolçu müəyyənləşib. Fanat.Az xəbər verir ki, London klubu "Borussiya"dan (Dortmund) Marko Reusu hədəfə alıb.


"Sunday Express"in xəbərinə görə, "Çelsi" bu futbolçu üçün klubuna 75 milyon avro təklif edəcək. "Borussiya" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq 27 yaşlı alman ulduzu "Arsenal" da istəyir.


Qeyd edək ki, "Borussiya" Marko Reusu 2012-ci ildə Münhenqladbax "Borussiya"sından 17,1 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quottransfer-bombasquotn-quotcelsiquot-partladacaq-t56729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR