Türkiyədə öldürülən səfirin cinayət işində ilginc yenilik - RUS QADIN TUTULDU

Türkiyədə öldürülən səfirin cinayət işində ilginc yenilik - RUS QADIN TUTULDU
12:24 6 Mart 2017
185 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə Rusiya səfiri Andrey Karlovu qətlə yetirən Mert Mövlud Altıntaşla əlaqəsi olduğu ehtimal edilən rus qadın saxlanılıb.

 

APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, 33 yaşlı Yekaterina adlı qadının noyabr ayında M. Altıntaşla bir neçə dəfə telefonla danışdığı və “WhatsApp” vasitəsi ilə mesajlaşdığı ortaya çıxıb.

 

Məlumata əsasən həmin şəxs Türkiyədə qadın alveri ilə məşğul olub.

 

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR