Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib
12:32 6 Mart 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə martın 4-də saat 20 radələrində rayonun Quşqara kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Məzahir Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən Gədəbəy rayon sakini Bəylər Haqverdiyevi vurub. Nəticədə B.Haqverdiyev hadisə yerində ölüb.  
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goygolde-olumle-neticelenen-yol-qezasi-bas-veri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR