Tualetdən pis qoxu gəldi - Təyyarə məcburi eniş etdi

Tualetdən pis qoxu gəldi - Təyyarə məcburi eniş etdi
12:37 6 Mart 2017
195 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın "SpiceJet" aviaşirkətinin təyyarəsi tualetdən gələn pis qoxu səbəbindən məcburi eniş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, göyərtəsində 184 sərnişini olan "Boeing 737" təyyarəsi Banqalor-Dehli reysini icra edirdi. Hava gəmisinin tualetindən gələn pis qoxunun pilotların kabinəsinə yayılması səbəbindən Haydarabad aeroportuna məcburi eniş edilib.

Haydarabadda təmizlik işləri aparıldıqdan sonra təyyarə bir saatlıq gecikmə ilə Dehliyə uçub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR