"Liverpul"dan növbəti qələbə

İngiltərə çempionatının 27-ci turu çərçivəsində “Liverpul” öz meydanında “Arsenal”la qarşılaşıb.

Metbuat.az xəbər verir ki, son turlarda qeyri-sabit oynayan bu komandaların görüşü maraqla gözlənilirdi. Oyuna ev sahibləri sürətli başlayıb. İlk qol 9-cu dəqiqədə Roberto Firmino tərəfindən gəlib. Növbəti qollar 40-cı dəqiqədə Sadio Manenin və “90+1” dəqiqədə Corcinio Vijnaldumun adına yazılıb.

”Arsenal” isə Danny Velbekin 57-ci dəqiqədə vurduğu yeganə qola sevinib. Beləliklə, oyun ev sahiblərinin 3:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Turun digər əsas görüşlərində "Manşester Siti" qələbə qazanıb, "Mançester Yunaytet" isə doğma meydanda heç-heçə ilə razılaşıb.

Sərdar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR