Azərbaycan millisinin baş məşqçisi: "Qarşıda bizi İslam Oyunları gözlədiyindən hazırlığımızı davam etdirəcəyik"

Azərbaycan millisinin baş məşqçisi: "Qarşıda bizi İslam Oyunları gözlədiyindən hazırlığımızı davam etdirəcəyik"
12:52 6 Mart 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Kiyev. 6 mart. REPORT.AZ/ "Yığma komandamız yaxşı hazırlanmışdı və ümumi medal hesabında ikinci yeri tutduq. Bu, 22 ölkə arasında çox yaxşı nəticədir".
Bunu "Report"un Ukrayna bürosuna açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə kişilərdən ibarət komandasının baş məşqçisi Firdovsi Umudov Kiyevdə keçirilmiş XXI beynəlxalq turnirin nəticələrini şərh edərkən deyib.
O, turnirin təşkilati səviyyəsindən məmnun olduğunu söyləyib: "Qarşıda bizi İslam Oyunları gözlədiyindən hazırlığımızı davam etdirəcəyik".
Turnirdə qızıl medal qazanmış Hacımurad Məhəmmədsəidov "Report"a açıqlamasında qələbəsinə görə məşqçilərinə - baş məşqçisi Firdovsi Umudova və şəxsi məşqçisi Ayqubov Sadrudinə borclu olduğunu deyib: "Qalib gəlmək üçün üzərində çox işləməlisən. Azərbaycanı layiqincə təmsil etmək üçün məşqçilərə qulaq asmalısan".
Xatırladaq ki, martın3-4-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş güləş üzrə XXI beynəlxalq turnir keçirilib. Azərbaycan milli komandası toplamda 9 medal qazanaraq 22 ölkə və təxminən 400 iştirakçı arasında ümumi medal sıralamasında 2-ci yeri tutub.
Çempionatın açılış mərasimində hökumət rəsmiləri, əməkdar məşqçilər, idmançılar, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycan diasporunun fəalları iştirak ediblər.





Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-millisinin-bas-mesqcisi-qarsida-bizi-i-slam-oyunlari-gozlediyi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR