Naxçıvanda İran məhsullarının sərgisi açılıb

Naxçıvanda İran məhsullarının sərgisi açılıb
12:52 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Naxçıvanda İran istehsalı olan məhsulların sərgisi açılıb.
İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, İranın Qərbi Azərbaycan valisinin müavini Nadir Səfərzadə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov, İranın Naxçıvandakı baş konsulu Mansour Airom və digər rəsmilər sərginin açılışında iştirak ediblər.
M.Airom açılış mərasimində çıxışı zamanı son illər belə tədbirlərin qarşılıqlı təşkilini ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinin göstəricisi olduğunu və hər iki xalqın mənafeinə xidmət etdiyini diqqətə çatdırıb.
A.Zeynalov Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edib. O, İranın Naxçıvandakı ikinci sərgisinin və Naxçıvandan olan sahibkarların İranda təşkil olunan tədbirlərdə iştiraklarının tərəflərin qarşılıqlı imkanlarından istifadə etmək üçün şərait yaratdığını söyləyib. 
N.Səfərzadə açılış tədbirində çıxış edərək, bu sərgini İran ilə Azərbaycan arasındakı dərin əlaqələrin göstəricisi kimi qiymətləndirib. O, Qərbi Azərbaycan valisi Qurbanəli Səadətin Naxçıvanla əməkdaşlığa xüsusi önəm verdiyini deyərək, bu əlaqələrin iki tərəf arasındakı dərin bağların göstəricisi olduğunu vurğulayıb və müxtəlif sahələrdə belə sərgilərin və əməkdaşlığın gələcəkdə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, sərgi bir həftə davam edəcək. İranın müxtəlif vilayətlərindən olan 12 şirkət 120 adda yeyinti və əl işləri sənayesi məhsulunu Naxçıvan Muxtar Respublikası əhalisininə təqdim edəcək.
Sərginin açılış mərasimindən öncə Nadir Səfərzadə Azər Zeynalov və muxtar respublikanın iqtisadiyyat naziri Famil Seyidovla görüşüb. 





Xəbərin orijinal ünvanı: https://report.az/biznes/naxcivanda-i-ran-mehsullarinin-sergisi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR