Ərzaq məhsullarının qiyməti 8 faiz bahalaşacaq

Novruz Bayramının yaxınlaşdığını artıq piştaxdalardakı qiymətlər xəbər verir.

Bayrama iki həftədən az bir müddət qalıb, ərzaq məhsullarının qiyməində artım müşahidə olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirdi ki, ərzaq məhsullarının qiyməti artmaqda davam edəcək:

“Təəssüf ki, Azərbaycanda qalxan qiymət enmir. Bayramdan sonra da tendensiya o cür də qalacaq. Yəni, azalma gözlənilmir. Ümumilikdə götürdükdə, bayramla əlaqədar məhsulların qiyməti 8 faiz qalxacaq”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR