Başı kəsilən qız nişanını niyə qaytarmaq istəyirdi? - TƏFƏRRÜAT

Başı kəsilən qız nişanını niyə qaytarmaq istəyirdi? - TƏFƏRRÜAT
13:17 6 Mart 2017
336 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızının nişanlısı Məcidov Nəcəf Ramiz oğlu tərəfindən başının kəsilərək öldürüldüyü haqda məlumat vermişdik.

Milli.Az-a daxil olan məlumata görə, İlahənin 2 ilə yaxın nişanlı qaldığı Məcidov Nəcəfin üzüyü qaytarma səbəbi ortaya çıxıb. Nəcəfin narkoman olduğundan xəbər tutan İlahənin yaxınları qıza nişanı qaytarmaq üçün təzyiq ediblər. Ağayeva İlahə nişanlısının pis vərdişini bildikdən sonra nişanı qaytarmaqda israrlı olduğunu Nəcəfə bildirib. 

Qeyd edək ki, İ.Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. Onun vəziyyəti ağırdır.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR